İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, məşhur xarici bloqer Harry Jaggard Azərbaycana səfəri zamanı Lənkəranda maraqlı hadisə ilə qarşılaşıb.
Bloqer Lənkəranda səfəri zamanı içərisində pul olan çantasını restoranda unudub. Bir müddət sonra çantasının yanında olmadığını anlayan Jaggard geri qayıdıb.
O, təxminən bir saat sonra restorana çatdıqda çantasının tapıldığını və olduğu kimi ona qaytarıldığını görüb.
Hadisədən təsirlənən bloqer çantanı tapan şəxslərə təşəkkür məqsədilə pul vermək istəyib. Lakin Lənkəran sakinləri bunu qəbul etməyiblər.
Harry Jaggard paylaşımında azərbaycanlıların dürüst və qonaqpərvər davranışından məmnun qaldığını bildirib və çantanı tapan şəxslərə təşəkkür edib.
Bloqer qeyd edib ki, bu hadisə Azərbaycanı dünyanın təhlükəsiz və qonaqpərvər ölkələrindən biri kimi göstərən nümunələrdəndir.
Məşhur bloqerin Lənkəranda itirdiyi pulla dolu çantası tapıldı
Şərh edilməmiş
