By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Girnədəki gəmi qəzası ilə bağlı 3 azərbaycanlı saxlanılıb
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Hadisə > Girnədəki gəmi qəzası ilə bağlı 3 azərbaycanlı saxlanılıb
Hadisə

Girnədəki gəmi qəzası ilə bağlı 3 azərbaycanlı saxlanılıb

Lamiyə Turqay
Last updated: Sentyabr 3, 2026 9:21 səhər
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

Şimali Kiprin Girnə sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı aparılan istintaq çərçivəsində üç Azərbaycan vətəndaşı saxlanılıb.

ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, saxlanılan şəxslər Xaçmaz rayonunun Palçıqoba kənd sakini 28 yaşlı Valeh Hümbətov, əslən Tərtərdən olan və hazırda Bakıda yaşayan 2006-cı il təvəllüdlü Rəşad İbrahimov və Şabran rayon sakini 22 yaşlı Qədir Quliyevdir.

Valeh Hümbətovun anası Yeganə Hümbətovanın sözlərinə görə, oğlu hadisədən bir neçə saat sonra onunla qısa telefon danışığı edib. O bildirib ki, Valeh ilk dəfə Türkiyəyə gəmidə işləmək üçün gedib və bundan əvvəl yük gəmisində təxminən 5 ay matros kimi çalışıb. Bir ay əvvəl isə sərnişin gəmisində işləməyə başlayıbmış.

Hadisə zamanı Valeh Hümbətov nişanlısına gəminin batdığını bildirib. Daha sonra ailəsi ilə əlaqə saxlayaraq insanların xilas edildiyini və quruya çıxdıqdan sonra yenidən zəng edəcəyini deyib. Lakin bundan sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

Rəşad İbrahimovun bacısı Türkan Təhməzova isə bildirib ki, qardaşı hadisədən təxminən 20 gün əvvəl gəmidə işləmək üçün Türkiyəyə gedib. Qəza günü ailəyə hadisə barədə məlumat verilsə də, sonradan Rəşadın sağ olduğu təsdiqlənib.

Onun sözlərinə görə, Rəşadın şəxsi əşyaları və mobil telefonu gəmi qəzası zamanı itib. Daha sonra ekipaj üzvü olan digər azərbaycanlının telefonu vasitəsilə onunla əlaqə saxlanılıb. Rəşad qısa danışıq zamanı xəstəxanada olduğunu bildirib.

Ailə üzvləri Rəşadın saxlanılması barədə sosial şəbəkələrdə yayılan məlumatlardan xəbər tutublar. Şirkət nümayəndələri isə onun saxlanılmasının insan tələfatı ilə bağlı aparılan prosedur çərçivəsində həyata keçirildiyini və hadisədə günahının olmadığını bildiriblər. Rəşadın vəkillə təmin olunduğu qeyd edilib.

Digər saxlanılan Qədir Quliyevin qardaşı Nurət Quliyev bildirib ki, 22 yaşlı Qədir apreldən etibarən həmin gəmidə matros kimi çalışıb. Qəza baş verdikdən sonra ailəsi ilə əlaqə saxlayan Qədir gəminin batdığını, lakin sağ olduqlarını bildirib. Daha sonra onların izahat vermək üçün aparıldığını deyib.

Ailə üzvlərinin sözlərinə görə, gəmi şirkətindən də onlarla əlaqə saxlanılaraq narahatlığa əsas olmadığı bildirilib.

Qeyd edək ki, avqustun 30-da Şimali Kiprin Girnə sahillərində sərnişin gəmisinin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb. Son məlumata görə, 240 nəfər xilas edilib, 19 sərnişinin axtarış-xilasetmə işləri isə davam etdirilir.

Sumqayıtda 54 yaşlı kişi eyvandan yıxılaraq ölüb
Ağdamda yanğın: FHN qüvvələri əraziyə cəlb olundu
Tanınmış şair Mirzə Mirimli vəfat etdi
Bərdədə 79 yaşlı kişinin faciəvi ölümü
İsmayıllıda meşəlik ərazidə külli miqdarda narkotik vasitə aşkarlanıb
Share This Article
Facebook Email Print
Previous Article Məşhur bloqerin Lənkəranda itirdiyi pulla dolu çantası tapıldı
Next Article Azərbaycan Prezidenti ATƏT PA rəhbərini qəbul edib
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?