Azərbaycan ədəbiyyatına ağır itki üz verib. İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair və publisist Mirzə Mirimli 72 yaşında vəfat edib. Onun qaraciyər xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, Mirzə Mirimli 1954-cü ildə Cəbrayıl rayonunun Qovşudlu kəndində anadan olub. O, Gəncə Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib və uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. Bununla yanaşı, o, ədəbiyyat sahəsində də fəal olub, milli-mənəvi dəyərlərin təbliğinə mühüm töhfələr verib.
Mirzə Mirimli “24 günün hünəri”, “Bu sevdanın sonu yoxmuş”, “Köçkün taleli məktəb” kimi bir sıra kitabların müəllifi kimi oxucular tərəfindən tanınıb.
Allah rəhmət eləsin.
