İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakının Sabunçu rayonunda evdən oğurluq edilib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər də analoji cinayətə görə məhkum olunmuş F.Ağayev və E.Qəhrəmanov saxlanılıblar.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər qonşuluqda yaşayan şəxsin evinə qanunsuz daxil olaraq ümumi dəyəri 8 800 manat olan kombi, su mühərriki və digər məişət əşyalarını oğurlayıblar. Onlar daha sonra oğurladıqları əşyaları satıblar.
Faktla bağlı araşdırma davam etdirilir.
