Astarada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər həbs edilib.
ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, həyata keçirilən əməliyyat tədbirləri zamanı saxlanılan 45 yaşlı Vüqar Quliyevin idarə etdiyi avtomobildən ümumilikdə 18 kiloqram marixuana və tiryək aşkarlanıb. Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, V.Quliyev narkotik vasitələri tanışı, 46 yaşlı Turab Ağayev vasitəsilə əldə edib.
Əməliyyat tədbirlərinin davamı olaraq T.Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
