Gəncədə 2 yaşlı qız uşağının ölümü ilə nəticələnən hadisə qeydə alınıb.
İLKİNxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, 2024-cü il təvəllüdlü qız uşağı iyunun 30-da saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb.
Məlumata əsasən, serebral iflic diaqnozu ilə qeydiyyatda olan azyaşlının vəziyyəti ağır olduğundan həkimlər tərəfindən dərhal reanimasiya tədbirlərinə başlanılıb. Lakin görülən bütün tibbi müdaxilələrə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, azyaşlı törədicisi müəyyən olunmamış pnevmoniya və ağciyər ürək çatışmazlığı səbəbindən iyulun 1-də dünyasını dəyişib.
