Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.
İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində baş verib.
1997 ci il təvəllüdlü Aleksandr Konalinko aldığı bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona həkimlər tərəfindən zəruri tibbi yardım göstərilib.
Hadisənin hansı şəraitdə baş verdiyi və bıçaqlı hücumu törədən şəxsin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.
