Bakının bəzi ərazilərində içməli suyun verilişində müvəqqəti fasilə yaranacaq.
İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yaydığı məlumata əsasən, aparılan təmir işləri ilə əlaqədar iyulun 3-ü günorta saatlarınadək paytaxtın Nərimanov, Nəsimi, Yasamal və Binəqədi rayonlarının bəzi hissələrinə suyun verilməsi dayandırılacaq.
Məlumata görə, fasiləyə səbəb su xətti üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz edilməsi işlərinin aparılmasıdır.
Qurum bildirib ki, təmir başa çatdıqdan sonra suyun verilişi mərhələli şəkildə bərpa olunacaq.
