ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, təmir işləri ilə əlaqədar prospektin kənar yolu, Biləcəri enişi hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam dayandırılacaq.
Məhdudiyyət sentyabrın 4-də saat 20:00-dan etibarən qüvvəyə minəcək və təmir işləri yekunlaşanadək davam edəcək.
Sürücülərdən bu müddət ərzində alternativ marşrutlardan istifadə etmələri və ərazidə aparılan təmir işlərini nəzərə almaları xahiş olunur.
