İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, magistraturaya ödənişli əsaslarla qəbul olunan 195 tələbə dövlət hesabına təhsil almaq hüququ qazanıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, həmin tələbələr topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlər üzrə keçirilən əlavə müsabiqədə seçiliblər.
Nəticələrlə bağlı tələbələrə SMS vasitəsilə məlumat göndərilib.
