İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hərbi xidmətdə inzibati xətalara görə yeni cərimələrin müəyyən edilməsi təklif olunur.
Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, zabitlərin, gizirlərin, miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, eləcə də üzrlü səbəb olmadan vaxtında xidmətə gəlməməsi bir gündən artıq, 10 gündən çox olmayan müddətdə baş verdikdə, 200 manatdan 300 manatadək cərimə və ya 15 günədək inzibati həbs nəzərdə tutulur.
Eyni əməllərin inzibati tənbeh haqqında qərar qüvvəyə mindikdən sonra bir il ərzində təkrar törədilməsinə görə isə 300 manatdan 500 manatadək cərimə və ya 10 gündən bir ayadək inzibati həbs tətbiqi təklif edilir.
Qeyd edək ki, bunlar qanunvericiliyə təklif olunan dəyişikliklərdir.
