İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hərbi hissəni özbaşına tərk edən və ya xidmətə gecikən hərbi qulluqçulara qarşı yeni inzibati cəzaların tətbiqi təklif olunur.
Təklifə əsasən, bu pozuntulara görə 200–300 manat cərimə və ya 15 günədək inzibati həbs nəzərdə tutulur.
Pozuntu bir il ərzində təkrar törədildikdə isə cərimənin 300–500 manatadək artırılması təklif edilir.
Dəyişikliklər Milli Məclisin müvafiq komitəsində müzakirəyə çıxarılıb.
