Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı yeni qanunu imzalayıb.
Dəyişikliyə əsasən, tibbi müayinə (tibbi yoxlama) rəyinə əsasən narkoloji xəstə olduğu müəyyən edilən şəxslərin fəaliyyət məhdudiyyəti nəzərdə tutulan peşə və vəzifələrə işə qəbul edilməsi, eləcə də həmin şəxslərlə əmək münasibətlərinin davam etdirilməsi hallarında vəzifəli şəxslər 3 min manat məbləğində cərimə olunacaqlar.
Qanunvericiliyə edilən dəyişikliklər Əmək Məcəlləsində nəzərdə tutulan digər tələbləri də əhatə edir.
