Azərbaycanda elektron siqaretlər və onların komponentləri mülki dövriyyədə olmasına icazə verilməyən əşyaların siyahısına daxil edilib.
ilkinxeber.az informasiya agentliyinin məlumatına görə, bununla bağlı dəyişiklik Prezident İlham Əliyevin təsdiqlədiyi “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda əksini tapıb.
Qanunvericiliyə edilən son dəyişikliklərə əsasən, elektron siqaretlərin və onların komponentlərinin ölkəyə idxalı, ölkədən ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, eləcə də istifadəsi qadağan olunub.
Bu qərar 2025-ci il 30 dekabr tarixli qanunla Vergi Məcəlləsinə, həmçinin “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlara edilmiş dəyişikliklərin davamı olaraq qəbul edilib. Son dəyişikliklə elektron siqaretlər rəsmi şəkildə mülki dövriyyədən çıxarılmış əşyalar siyahısına əlavə olunub.
