“Koroğlu” metrosunun qarşısında sürücülər üçün yeni qadağa tətbiq edildi
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakı metrosunun “Koroğlu” stansiyasının qarşısındakı Nəqliyyat Mübadilə Mərkəzinin girişində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan 5.9 nişanı quraşdırılıb.
Yeni nişan minik avtomobillərinin ikinci cibə daxil olmasını, həmçinin həmin ərazidə sərnişin mindirib-düşürməsini qadağan edir.
Bildirilib ki, qərar ərazidən keçən müntəzəm və ekspress marşrut xətlərinin ayrılması və nəqliyyatın hərəkətinin daha səmərəli təşkil olunması məqsədilə tətbiq edilib.
Qaydanı pozaraq həmin yola daxil olan sürücülər İnzibati Xətalar Məcəlləsinə əsasən 100 manat məbləğində cərimə və 2 cərimə balı ilə üzləşə bilərlər.
Bu qaydanı pozan sürücülər 100 manat və 2 bal cərimələnəcək
Şərh edilməmiş
