Xırdalanda ailə faciəsi: ər və arvad bıçaqlanaraq həyatını itirdi
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Xırdalan şəhərində baş verən ailədaxili mübahisə faciə ilə nəticələnib.
İlkin məlumata əsasən, ər və arvad arasında yaşadıqları evdə yaranan mübahisə zamanı tərəflər bir-birinə bıçaqla xəsarət yetiriblər.
Hadisə nəticəsində kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Ağır yaralanan qadın xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda ölən şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.
