Cəlilabad rayonunda fəhlələri daşıyan mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə sürücünün idarəetməni itirməsi nəticəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan mikroavtobus yoldan çıxaraq yol kənarındakı maneəyə çırpılıb.
Qəza nəticəsində xəsarət alanların olub-olmaması və onların vəziyyəti ilə bağlı məlumatlar hələlik dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
