Bərdə rayonunda bədbəxt hadisə qeydə alınıb.
ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, hadisə Hacı Əhmədli kəndi ərazisində baş verib.
Bildirilib ki, 1947-ci il təvəllüdlü kənd sakini həyətyanı sahədə ağacın kəsilməsi ilə məşğul olarkən tarazlığını itirərək Yuxarı Qarabağ kanalına düşüb. Ətrafdakıların müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və kişi suda boğularaq ölüb.
Hadisədən sonra meyit sudan çıxarılıb və müvafiq prosedurların icrası üçün aidiyyəti qurumlara təhvil verilib.
Baş vermiş hadisənin səbəbləri araşdırı¦lır.
