Ekologiya və təbii sərvətlər nazirinin müşaviri İlham Nəsirov tutduğu vəzifədən azad edilib.
ilkinxeber.az informasiya agentliyinin məlumatına görə, bununla bağlı ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov tərəfindən müvafiq əmr imzalanıb.
Qeyd edək ki, İlham Nəsirov 2023-cü ilin noyabrında həmin dövrdə ekologiya və təbii sərvətlər naziri vəzifəsində çalışan Muxtar Babayevin müşaviri təyin edilmişdi.
İ.Nəsirov bundan əvvəl enerji sektorunda müxtəlif vəzifələrdə çalışıb.
