ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən isə yağmursuz keçəcəyi gözlənilir.
Lakin axşam saatlarında bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağışın yağacağı, şimşək çaxacağı ehtimal olunur. Gün ərzində cənub-qərb küləyi əsəcək, axşama doğru isə şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-29° isti təşkil edəcək. Atmosfer təzyiqinin 760 mm civə sütunu, nisbi rütubətin isə gecə 70-75 %, gündüz 50-55 % olacağı bildirilir.
Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarından etibarən şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı ehtimal olunur. Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, axşam saatlarında isə yağıntıların bir qədər güclənəcəyi proqnozlaşdırılır.
Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu rayonlarda gecə 16-20° isti, gündüz 28-33° isti, dağlıq ərazilərdə isə gecə 8-13° isti, gündüz 17-22°, bəzi yerlərdə isə 23-28° isti olacaq.
