İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Siyəzən rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı keçirilən tədbirlər nəticəsində 14 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, saxlanılan şəxslərdən ümumilikdə 6 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və həblər aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb və araşdırmalar davam etdirilir.
