Yasamal rayonunda mobil telefon oğurluğu ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.
İLKİNxeber.az xəbər verir ki, polisə bir nəfərə məxsus mobil telefonun oğurlanması barədə müraciət daxil olub. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı K. İsmayılov saxlanılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, şübhəli şəxs zərərçəkənin istifadə etdiyi skuterin üzərində olan mobil telefonu onun başının qarışmasından istifadə edərək götürüb. Daha sonra isə oğurladığı telefonu satıb.
Faktla bağlı araşdırma davam etdirilir.
