Sumqayıtda gəlininə qarşı zorakılıqda təqsirləndirilən şəxsə hökm oxunub
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində gəlininə qarşı zorakılıq etməkdə təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
ilkinxeber.az xəbər verir ki, sonuncu iclasda məhkəmənin hökmü elan edilib. Qərara əsasən, təqsirləndirilən şəxs 4 il müddətinə azadlıqdan məhrum edilib.
