İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçən tankerə geri qayıtması barədə xəbərdarlıq edib.
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, hadisə Oman ərazisində yerləşən Xəsəb şəhərindən təxminən 11 dəniz mili şimalda baş verib.
Məlumata əsasən, tanker radio rabitəsi vasitəsilə SEPAH tərəfindən geri dönməsi barədə tələb alıb. Gəmiyə əks halda hədəfə çevriləcəyi bildirilib.
Tankerin kapitanı isə tələbi yerinə yetirdiyini təsdiqləyib.
