İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, tamblinq üzrə Azərbaycan millisinin üzvü Tofiq Əliyev Böyük Britaniyada keçirilən yarışlarda iki qızıl medal qazanıb.
Azərbaycan Gimnastika Federasiyasının yaydığı məlumata görə, Tofiq Əliyev milli yaş qrupları finalında və Böyük Britaniya çempionatında birinci olaraq hər iki yarışdan qızıl medalla ayrılıb.
