By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: YAP-dan Türkiyənin hakim partiyasına müraciət
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Dünya > YAP-dan Türkiyənin hakim partiyasına müraciət
Dünya

YAP-dan Türkiyənin hakim partiyasına müraciət

Lamiyə Turqay
Last updated: Oktyabr 13, 2026 11:48 səhər
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

Yeni Azərbaycan Partiyası (YAP) Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi deputatlarının Azərbaycanla bağlı səsləndirdikləri fikirlərə münasibət bildirib.

İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, YAP-ın Mətbuat Xidmətinin yaydığı açıqlamada Türkiyənin bəzi media orqanlarında və sosial şəbəkələrdə Azərbaycan haqqında həqiqətə uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların yayıldığı qeyd olunub.

Partiya bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərinə hörmət naminə indiyədək bu cür hallara təmkinlə yanaşılıb. Lakin son dövrlərdə Azərbaycana qarşı yönələn informasiya kampaniyasının daha sistemli və aqressiv xarakter alması açıq mövqe bildirməyi zəruri edib.

Açıqlamada Azərbaycan-İsrail münasibətlərinin təhrif olunması cəhdləri rədd edilib, Azərbaycanın Fələstin xalqının qanuni hüquqlarını dəstəklədiyi, bu ölkəyə maliyyə və humanitar yardım göstərdiyi vurğulanıb. Həmçinin Azərbaycanın Fələstin məsələsinin beynəlxalq hüquq və BMT qətnamələri əsasında, iki dövlət prinsipi ilə həllini müdafiə etdiyi xatırladılıb.

YAP Azərbaycanın dünyəvi dövlət quruluşunun, dini etiqad azadlığının və təhsil siyasətinin siyasi manipulyasiya predmetinə çevrilməsini qəbuledilməz hesab edib. Partiya baş örtüyü kimi həssas məsələlərdən siyasi təzyiq və cəmiyyətdə bölücülük yaratmaq məqsədilə istifadə olunmasına qarşı çıxıb.

Açıqlamada Prezident İlham Əliyevə qarşı təhqir və böhtan xarakterli fikirlərin də Azərbaycan ictimaiyyətində narazılıq doğurduğu bildirilib.

YAP Türkiyənin hakim partiyasını və yüksək vəzifəli şəxslərini Azərbaycanın suverenliyinə, konstitusion quruluşuna və daxili işlərinə hörmətlə yanaşmağa, məsuliyyətsiz açıqlamalardan çəkinməyə çağırıb.

Partiya vurğulayıb ki, “Bir millət, iki dövlət” prinsipi Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin əsasını təşkil etsə də, bu, bir dövlətin digərinin daxili işlərinə müdaxiləsi üçün əsas ola bilməz.

 

Nyu-Yorkda legionelloz: ölənlərin sayı 3-ə çatdı
Ebola yaxınlaşır, Dağıstanda 3 nəfər xəstəxanaya yerləşdirildi
Putinlə Pezeşkian Bişkekdə görüşdü
Cəlilabadda intensiv yağıntılar çiyələk təsərrüfatına ciddi ziyan vurub.
Yəməndə husilərə ağır zərbə
Share This Article
Facebook Email Print
Previous Article Yasamalda məktəbdə yanğın törətməyə cəhd: 6 nəfər saxlanılıb
Next Article Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs olunub
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?