İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, oktyabrın 12-də Bakının Yasamal rayonunda yerləşən orta məktəblərdən birində yanğın törətməyə cəhd göstərilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Məhəmməd İsmayılov və həmin məktəbin 10-cu və 11-ci siniflərində təhsil alan daha 5 nəfər saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda hadisənin təfərrüatları araşdırılır.
