İlkinxeber.az informasiya agentliyinin məlumatına görə, hadisə iyulun 30-u saat 20:00 radələrində qeydə alınıb. 1987-ci il təvəllüdlü Sabir Camalov münaqişə zəminində 1991-ci il təvəllüdlü Orxan Yusubova bıçaqla xəsarətlər yetirib. Yaralı aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hadisəni törədərək qaçan S. Camalov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
