Meyxanaçı Rəşad Dağlı və bir neçə şəxsin əfv olunması məsələsi yenidən gündəmə gəlib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Bakıvaxtı.az-a açıqlamasında hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu danışıb.
Onun sözlərinə görə, genişmiqyaslı əfv fərmanının verilməsi ilə bağlı təşəbbüs irəli sürülüb:
“İstəyirik ki, bir dəfə böyük bir əfv fərmanı verilsin. Rəşad Dağlı, Anar Məmmədov, Natiq bəy və digər şəxslər azadlığa çıxsınlar. Onların adları təqdim etdiyimiz siyahıda yer alıb. Arzumuz budur ki, hamısı birgə şəkildə azad edilsin. Təklifimizi vermişik, nəticəni gözləyirik”.
Novella Cəfəroğlu əlavə edib ki, böyük əfvin nə vaxt və ya ümumiyyətlə baş tutacağı ilə bağlı konkret fikir bildirmək hələ tezdir. Onun sözlərinə görə, təşəbbüs irəli sürülüb və müsbət qarşılanıb:
“Bizə nə Avropa Şurası, nə də Avropa İttifaqı təzyiq göstərə bilər. Bu addımı özümüz atmalıyıq. Təklif etmişik və ümid edirik ki, bu təşəbbüs reallaşacaq”.
