Müxtəlif beynəlxalq təşkilatların proqnozlarına əsasən, Azərbaycan 2050-ci ilə doğru su qıtlığından əziyyət çəkə biləcək ölkələr sırasına daxil ola bilər.
Bu barədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na həsr olunmuş mətbuat konfransında məlumat verib.
İlkinxeber.az xəbər verir ki, nazir müavini məsələ ilə bağlı beynəlxalq qiymətləndirmələrdə bu istiqamətdə risklərin qeyd olunduğunu diqqətə çatdırıb.
