Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən isə yağmursuz keçəcəyi gözlənilir. Gecə saatlarında bəzi ərazilərdə duman müşahidə oluna bilər. Şimal-şərq küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15–18°, gündüz isə 24–29° isti təşkil edəcək. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 60–65%, gündüz 45–50% olacaq.
Ölkənin əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağıntıların müşahidə olunması, ayrı-ayrı yerlərdə isə qısamüddətli intensivləşmə, şimşək və dolu ehtimalı var. Gecə və səhər saatlarında bəzi bölgələrdə duman yaranacaq. Şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 15–19°, gündüz 27–32°, dağlıq ərazilərdə gecə 7–12°, gündüz 15–19°, bəzi yerlərdə isə 21–25° isti olacaq.
ilkinxeber.az
