Azərbaycanda erkən nikahların sayı əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb.
İlkinxeber.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Tamilla Əliyeva Dost TV-nin efirində danışıb.
O bildirib ki, statistik göstəricilər qeydiyyat şöbələrinə edilən nikah müraciətləri və 18 yaşadək analar tərəfindən dünyaya gətirilən uşaqların sayı əsasında müəyyənləşdirilir.
Komitə rəsmisinin sözlərinə görə, son illər maarifləndirmə tədbirlərinin genişləndirilməsi və qanunvericilikdə aparılan dəyişikliklər erkən nikahların azalmasına müsbət təsir göstərib.
