By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Mikayıl Cabbarov: Azərbaycanın investorlar üçün əsas üstünlüyü açıqlanıb
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > Mikayıl Cabbarov: Azərbaycanın investorlar üçün əsas üstünlüyü açıqlanıb
Ölkə

Mikayıl Cabbarov: Azərbaycanın investorlar üçün əsas üstünlüyü açıqlanıb

Lamiyə Turqay
Last updated: İyun 19, 2026 3:05 axşam
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, Azərbaycanın investisiya cəlbediciliyinin əsas amillərindən biri siyasi və makroiqtisadi sabitlik, strateji coğrafi mövqe və dayanıqlı maliyyə sistemidir.

Bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən 51-ci illik toplantılarının yekun mətbuat konfransında səsləndirib.

Nazir bildirib ki, tədbir çərçivəsində “Azərbaycanın investisiya perspektivləri” mövzusunda xüsusi sessiya təşkil olunub və ölkənin iqtisadi imkanları geniş şəkildə təqdim edilib. Onun sözlərinə görə, bu imkanlar milli iqtisadi prioritetlərdə öz əksini tapır və əsas diqqət qeyri-neft-qaz sektorunun inkişafına yönəlib.

M.Cabbarov vurğulayıb ki, son illərdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsi məhz qeyri-neft sektoru olub. Prioritet istiqamətlər sırasında qeyri-neft istehsalı, dağ-mədən sənayesi, kritik xammal hasilatı, aqrar sektor və kənd təsərrüfatı məhsullarının emalı xüsusi yer tutur.

Bununla yanaşı, Azərbaycanın coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna yönəldilən investisiyalar fonunda nəqliyyat və logistika sahəsinin də mühüm potensiala malik olduğu qeyd edilib.

Nazir turizm sektoruna da diqqət çəkərək bildirib ki, belə beynəlxalq tədbirlərin Bakıda keçirilməsi ölkənin turizm imkanlarını real şəkildə nümayiş etdirir.

O əlavə edib ki, bərpa olunan enerji mənbələri, maliyyə xidmətləri və rəqəmsal transformasiya da iqtisadiyyatın inkişafında əsas istiqamətlərdən biri olaraq qalır.

M.Cabbarovun sözlərinə görə, Azərbaycanın investorlar üçün əsas üstünlüyü yalnız sabitlik və coğrafi mövqe ilə məhdudlaşmır. Dayanıqlı maliyyə sistemi, aşağı dövlət borcu səviyyəsi, yüksək qızıl-valyuta ehtiyatları və beynəlxalq reytinq agentliklərinin müsbət qiymətləndirmələri ölkənin investisiya cəlbediciliyini daha da artırır.

Nazir qeyd edib ki, bütün bu məlumatlar tədbir iştirakçılarına, investorlar və beynəlxalq maliyyə institutlarına təqdim olunub və özəl sektor bu prosesdə fəal iştirak edərək yüksək nəticələr göstərib.

*Göyçayda 9 kiloqramdan artıq narkotik vasitə aşkarlandı* Video açıqlamada
İxtisas seçimi başa çatır: Minlərlə abituriyent kəsilə bilər
Pensiya ala bilməyən dövlət qulluqçularına ömürlük müavinət veriləcək
Cinayət hadisələri barədə yeni qaydalar qüvvəyə minir
Sənədsiz ev sahiblərinə şad xəbər: Prosesə start verildi
Share This Article
Facebook Email Print
Previous Article Azərbaycanlı şahmatçı Maqnus Karlseni məğlub etdi – böyük uğur
Next Article AYNA Qaradağ rayonuna yeni ekspres marşrutun açıldığını elan edib
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?