By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: Sənədsiz ev sahiblərinə şad xəbər: Prosesə start verildi
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Ölkə > Sənədsiz ev sahiblərinə şad xəbər: Prosesə start verildi
Ölkə

Sənədsiz ev sahiblərinə şad xəbər: Prosesə start verildi

Lamiyə Turqay
Last updated: İyul 9, 2026 10:48 səhər
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

Sənədsiz evlərin sənədləşdirilməsi prosesi artıq başlayıb. Artıq bu kateqoriyaya aid olan vətəndaşlar müəyyən şərtlər daxilində Dövlət Reyestrindən çıxarış əldə edə bilərlər.

İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, əsas şərt evin bələdiyyə torpağında inşa olunmasıdır. Əgər tikili bələdiyyə ərazisində yerləşirsə, vətəndaş ilk növbədə aidiyyəti bələdiyyəyə müraciət etməlidir.

Müraciətdən sonra bələdiyyə tərəfindən müstəqil qiymətləndirici cəlb olunur və torpaq sahəsinin bazar dəyəri müəyyən edilir. Daha sonra vətəndaşla bələdiyyə arasında torpağın alqı-satqısı həyata keçirilir. Bu proses tamamlandıqdan sonra isə Dövlət Reyestr Xidmətinə müraciət edilir və nəticədə torpaq sahəsi, eləcə də onun üzərindəki daşınmaz əmlak rəsmi qeydiyyata alınır.

Qeyd olunur ki, bu proses artıq Abşeron yarımadasında start götürüb. Əmlak bazarında fəaliyyət göstərən şəxslərin sözlərinə görə, son günlər bu istiqamətdə ciddi aktivlik müşahidə edilir. Bildirilir ki, vətəndaşlar torpaqları daha asan şəkildə özəlləşdirə və çıxarış əldə edə bilirlər.

Mütəxəssislər qeyd edir ki, bələdiyyələrin bu prosesdə maraqlı olması təsadüfi deyil. Belə ki, torpaqların rəsmiləşdirilməsi bələdiyyə büdcəsinə əlavə vəsait daxil olmasına, həmçinin gələcəkdə vergi yığımının genişlənməsinə imkan yaradır.

Rəsmi məlumatlara əsasən, Abşeron yarımadasında 500 mindən artıq çıxarışsız ev mövcuddur. Bu evlərin bir çox sahiblərində müəyyən sənədlər olsa da, onların bir qismi hüquqi baxımdan keçərli hesab edilmir. Məsələn, bəzi hallarda təqdim olunan bələdiyyə sənədləri həmin əraziyə aid olmur ki, bu da özəlləşdirmə prosesini mümkünsüz edir.

Belə hallarda torpağın təyinatının dəyişdirilməsi tələb olunur ki, bu da Nazirlər Kabinetinin səlahiyyətində olan məsələdir.

Digər tərəfdən, əgər tikili bələdiyyə mülkiyyətində olan torpaqda yerləşirsə və sənədlərdə müəyyən çatışmazlıqlar mövcuddursa, bu problemin hüquqi həlli mümkündür. Vətəndaş bu halda mövcud sənədlərlə Dövlət Reyestr Xidmətinə müraciət etməlidir. Əgər çıxarış verilməsindən imtina olunarsa, vətəndaş etiraz ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

Məhkəmə araşdırması zamanı sənəd çatışmazlığının vətəndaşdan asılı olmadığı müəyyən edilərsə, iddia təmin olunur və məhkəmə qərarı əsasında çıxarış verilir.

Hazırda əsas problemlər 2007-ci ildən sonra bələdiyyə qərarı ilə tikilmiş, həmçinin kommunikasiya xətlərinin üzərində, dəmir və avtomobil yollarının mühafizə zolağında və yüksək gərginlikli elektrik xətlərinin altında inşa olunmuş evlərlə bağlıdır.

Xəzərin gələcəyi ilə bağlı mühüm təklif
Hərbçilərə yeni cərimələr təklif olunur
23 iyun üçün hava proqnozu: bəzi rayonlarda yağış və dolu gözlənilir
“Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimə keçir
Adnan Əhmədzadənin həbsi barədə susqunluğunu qoruyur
Share This Article
Facebook Email Print
Previous Article MİQ imtahanlarının vaxtı açıqlandı
Next Article İlham Əliyev Gürcüstana elektrik enerjisinin təchizatı ilə bağlı sazişi təsdiqlədi
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?