Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və onun Gürcüstan ərazisi vasitəsilə tranziti haqqında Saziş”i təsdiqləyib.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, bununla bağlı dövlət başçısı müvafiq fərman imzalayıb.
Qeyd edək ki, sözügedən saziş 18 may 2026-cı il tarixində Bakı şəhərində imzalanıb.
Fərmana əsasən, saziş qüvvəyə mindikdən sonra Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Bununla yanaşı, Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün tələb olunan dövlətdaxili prosedurların tamamlandığı barədə Gürcüstan hökumətinə rəsmi bildiriş göndərəcək.
