ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuraliyevi qəbul edib.
Dövlət başçısı, həmçinin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri ilə görüşüb.
Prezident İlham Əliyev eyni gündə Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarını, eləcə də Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini də qəbul edib.
