İLKİNxeber.az xəbər verir ki, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsində açıq ərazidə yanğın hadisəsi qeydə alınıb.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən qüvvələri cəlb olunub.
Görülən operativ tədbirlər nəticəsində yanğının genişlənərək ətraf sahələrə yayılmasının qarşısı alınıb.
Qısa müddət ərzində həyata keçirilən müdaxilə sayəsində açıq ərazidə baş vermiş yanğın tam söndürülüb.
