ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, xaricdə təhsil sahəsində fəaliyyət göstərən “AİD Group” şirkətinin rəhbəri Samir Yəhyazadə həbs edilib.
Məlumata əsasən, hüquq-mühafizə orqanlarının apardığı ilkin araşdırmalar nəticəsində Samir Yəhyazadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmənin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bildirilir ki, son vaxtlar “AİD Group”un fəaliyyəti ilə bağlı müxtəlif şikayətlər daxil olub. Aparılan araşdırmalar da həmin müraciətlər əsasında davam etdirilir.
İstintaq çərçivəsində şirkətin təsisçisi, televiziya aparıcısı Nigar Fərhad və anası Arzu Əliyeva da dindirilib. Hazırda onlarla bağlı araşdırmalar davam etdirilir. Eyni zamanda, sosial şəbəkələrdə Nigar Fərhadın ölkəni tərk etməsi ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirmədiyi bildirilib.
Qeyd edək ki, “AİD Group” xaricdə təhsil xidmətləri göstərən şirkətlərdən biri kimi fəaliyyət göstərir. Samir Yəhyazadənin uzun müddətdir əsasən ABŞ-ın Nyu-York şəhərində yaşadığı və informasiya texnologiyaları sahəsində çalışdığı bildirilir.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
