ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə zamanı bir ailənin üç üzvü, ər-arvad və onların gəlini bıçaq xəsarətləri alıblar.
Məlumata görə, ailənin oğlu, 1998-ci il təvəllüdlü Pərvin İsmayılov valideynlərini və həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinir. Hadisə nəticəsində anası aldığı xəsarətlərdən vəfat edib. Yaralanan atası, 1966-cı il təvəllüdlü Ağabala Ramazan oğlu İsmayılov və gəlini, 1988-ci il təvəllüdlü Təranə Bahadır qızı İsmayılova xəstəxanaya yerləşdiriliblər.
Cinayəti törətməkdə şübhəli bilinən Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
