Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə zamanı Z.Hüseynovun kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli şəxs qismində müəyyən edilib.
Məlumata görə, Z.Hüseynov yatdığı yerdə bıçaqlanaraq qətlə yetirilib.
Faktla bağlı araşdırma aparılır.
Mərhumun fotosunu təqdim edirik.
