Naxçıvan Hərbi Məhkəməsinin qərarı ilə A.Q. 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama əsasən, diş ağrısı ilə hərbi hissənin tibb məntəqəsinə müraciət edən əsgərdə kəskin infeksion miokarditin son mərhələsi olsa da, həkim yalnız ağız boşluğunu müayinə edib və ona dərman təyin edib.
Gecə saatlarında əsgərin vəziyyəti pisləşib. Səhər saatlarında isə o, yıxılaraq həyatını itirib.
Həkim qulluq vəzifəsinə səhlənkar yanaşması nəticəsində ölümə səbəb olmaqda təqsirli bilinib.
