İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakı–Qazax yolunun 21-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Mercedes Atego” markalı yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq dəmir maneəyə çırpılıb və daha sonra aşıb.
Qəza nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.
