İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Qazax rayonunun Çaylı kəndində 53 yaşlı kişinin meyiti aşkarlanıb.
Hadisə kənd tam orta məktəbinin yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, A.Hüseynovun ürək tutması nəticəsində vəfat etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
