İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə o, Fransada keçirilən G7 sammiti çərçivəsində həmkarları ilə qeyri rəsmi söhbət zamanı məlumat verib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Meloni söhbət əsnasında qəhvə içdiyini bildirib. Almaniya Kansleri Fridrix Mertsin siqaretlə bağlı sualına cavab verən İtaliyanın Baş naziri bir ay əvvəl bu vərdişi tərgitdiyini deyib.
Onun bu qərarı həmkarları tərəfindən təbriklə qarşılanıb.
Qeyd edək ki, ötən ilin sonlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Meloninin siqaret vərdişi ilə bağlı zarafat etmişdi.
