İLKİNxeber.az informasiya agentliyi AZƏRTAC məlumatına əsasən xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvlərinin Ağdərə və Xocalı rayonlarına səfəri başlayıb.
Səfər çərçivəsində Qərargah üzvləri əvvəlcə Ağdərə rayonunun Çaylı kəndində Frutti Aqro MMC tərəfindən salınmış intensiv meyvə bağı ilə tanış olublar. Onlara həyata keçirilən işlər və gələcək planlar barədə ətraflı məlumat verilib.
Daha sonra Azərbaycan Prezidenti Administrasiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev sədrliyi ilə Ağdərə şəhərində keçirilən növbəti iclasdan sonra iştirakçılar şəhərin baş planı ilə tanış olublar. Onlara şəhərin inkişaf perspektivləri və nəzərdə tutulan layihələr barədə məlumat təqdim edilib.
Eyni zamanda Qərargah üzvləri Dəmirli Filiz Emalı Kompleksi müəssisəsində görülən işlərlə də tanış olublar. Bildirilib ki, həyata keçirilən layihələr bölgənin inkişafına mühüm töhfə verir.
Ağdərə və Xocalıya səfər: Qərargah üzvləri inkişaf layihələri ilə tanış olublar
Şərh edilməmiş
