İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu qarşıdakı parlament seçkilərində namizədliyini irəli sürəcək.
Bu barədə Netanyahunun rəhbərlik etdiyi hakim “Likud” partiyası məlumat yayıb.
Məlumata görə, Baş nazir növbəti seçkilərdə Knesset üzvlüyü uğrunda mübarizə aparacaq. Seçkilərin keçiriləcəyi tarix isə hələlik açıqlanmayıb.
Qeyd edək ki, 76 yaşlı Benyamin Netanyahu 1996-cı ildən 1999-cu ilə qədər, 2009-cu ildən 2021-ci ilə qədər və 2022-ci ildən bu günədək müxtəlif dövrlərdə İsrail hökumətinə rəhbərlik edib.
Netanyahu ölkə tarixində ən uzun müddət hakimiyyətdə qalan baş nazir kimi tanınır.
