İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rusiyanın Baş prokuroru Aleksandr Qutsanla görüş keçirib.
Görüş zamanı qarşılıqlı hüquqi yardım, cinayət törətməkdə təqsirləndirilən şəxslərin ekstradisiyası, eləcə də iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə olunub.
Görüşün sonunda Kamran Əliyev ikitərəfli əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə Aleksandr Qutsanı “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edib.
