İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə ölkəmizi təmsil edəcək.
Prezident İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirakı və iş qrafikinin sıxlığı səbəbindən Zirvə görüşündə iştirak edə bilməyəcək.
Oktyabrın 30-da Bakıda tarixdə ilk dəfə keçirilən FİFA U-15 Dünya Çempionatı və Festivalının final oyunu və rəsmi bağlanış mərasimi baş tutacaq. Prezident İlham Əliyevin tədbirdə iştirak edərək finalçıları mükafatlandırması nəzərdə tutulub.
Dövlət başçısının tapşırığına əsasən, TDT-nin Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. Zirvə görüşü çərçivəsində keçiriləcək digər müvafiq tədbirlərdə də Azərbaycan nümayəndələri iştirak edəcəklər.
