İLKİNxeber.az informasiya agentliyi məlumat verir ki, yeraltı təkanlar Qəbələ, İsmayıllı, Zaqatala rayonları da daxil olmaqla bir neçə bölgədə hiss olunub.
Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata əsasən, zəlzələ saat 15:13-də qeydə alınıb. Yeraltı təkanların episentri Qəbələ stansiyasından 11 kilometr cənub-qərbdə, Qəbələ rayonu ərazisində yerləşib.
Maqnitudası 5.1 olan zəlzələ episentrdə və ona yaxın yaşayış məntəqələrində 5-3 bala qədər hiss edilib.
Hadisə ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.
