İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakının Xətai rayonunda qadın açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Hadisə nəticəsində onun sağ baldır sümüyü sınıb.
Faktla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb olunub.
Birinci instansiya məhkəməsi vəzifəli şəxsə bəraət versə də, Bakı Apellyasiya Məhkəməsi həmin hökmü ləğv edib.
Nəticədə vəzifəli şəxs səhlənkarlıqda təqsirli bilinərək 2 000 manat məbləğində cərimələnib.
